
ANmedia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov bildirib.
O həmçinin əlavə edib ki, COP29 zamanı daha çox sərnişin axını olan "28 May", "Elmlər Akademiyası" və "Koroğlu" stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək: "Buna səbəb səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir. Həmçinin COP29-la əlaqədar 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb. Tibb məntəqələri lazımi bütün avadanlıqlarla təmin olunub".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin