Bu il Bakıda keçiriləcək COP29 konfransının formatına uyğun olaraq qida tullantıları yenidən emal olunacaq.ANmedia.az xəbər verir ki, bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O deyib ki, buraya ümumi, qablaşdırma, şüşə və digər tullantılar çeşidlənəcək:
"Bundan sonra emal olunaraq aidiyyəti qurumlara təhvil verilir. Xüsusi avadanlıqlar vasitəsilə qida tullantılardan alınan gübrələri Bakı Abadlıq Xidmətinə verəcəyik".
A.Zeynalov həmçinin məlumat verib ki, ümumilikdə burada 1200-dən çox əməkdaş çalışır:
"Bütün işçilərin sağlamlıq vəziyyəti yoxlanılıb, müayinələrdən keçirilib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








