
Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.
ANmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.
O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin