
Oktyabrın 9-da saat 21:30-da Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində polis zabiti Cavid İsmayılzadə həyatını itirib.
ANmedia.az-ın məlumatına görə, polis zabiti hadisə zamanı məzuniyyətdə olub.
Həyatını itirən zabit Nərimanov Rayon Polis İdarəsinin rəis müavini olub. O, Binəqədi rayonunun sabiq polis rəisi polkovnik Namiq İsmayılovun oğludur.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin