
Bu ilin noyabr ayında Azərbaycanda keçirilən COP29 zamanı bağçaların fəaliyyət göstərməsinin tərəfdarıyıq.
ANmedia.az xəbər verir ki, bu barədə "Report"un sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işləyən analar üçün bağça önəmlidir: "Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən, valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürürlər. Amma ümumilikdə tədbir zamanı bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








