
Anmedia.az xəbər verir ki, Sərdarlı Aytən Tural qızı 80 saylı tam orta məktəbdə tarix müəllimi kimi işləyir. 7 illik pedaqoji fəaliyyəti ərzində bir neçə uğurlara imza atıb. Bunlardan birincisi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Yaradıcı müəllim” müsabiqəsində 1-ci yerə layiq görülməyi olub. Bundan əlavə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası-nın təşkil etdiyi "Fərq Yaradan Gənc Müəllim müsabiqə"sində 1-ci yerə, AzEdu Təhsil Portalı tərəfindən isə "Örnək müəllim" adına layiq görülüb.

Azərbaycan Müəllimlərinin XVl qurultayında iştirak etmişəm. Bir sıra xəbər saytlarında məqalələrim, verilişlərdə isə iştirakı olub. Bundan başqa məktəb rəhbərliyi tərəfindən bir sıra təşəkkürnamə, təltifnamələrlə mükafatlandırılıb.


ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin