
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Təl-Əviv-Bakı reyslərinin qeydiyyatı və baqaj qəbulu müvəqqəti olaraq Ben Qurion adına Beynəlxalq Hava Limanının 1-ci Terminalında həyata keçiriləcək.
Anmedia.az xəbər verir ki, bu barədə AZAL-ın sərnişinlərə müraciətində bildirilir.
Qurum bəyan edib ki, fevralın 21-dən martın 7-nə qədər Təl-Əviv hava limanında sərnişinlərə xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində işlər aparılacaq. Uçuşu bu elanda göstərilən tarixlər aralığına düşən sərnişinlərdən xahiş olunur ki, Tel-Əviv hava limanının birinci terminalında qeydiyyatdan keçsinlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








