İctimai fəal, uzun müddət bank sektoru və digər özəl şirkətlərdə rəhbər vəzifələr tutmuş, son olaraq ANAMA-da çalışmış Səbuhi Nəsrullayev vəfat edib.
istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü S.Nəsrullayev mayın 28-də Cəbrayıl rayonu Fuğanlı kəndi ərazisində ağır yol qəzasına düşüb.
“Mitsubishi L200” markalı avtomobilin qəzaya uğraması nəticəsində ağır xəsarətlər alan S.Nəsrullayev dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin