Ötən gün səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.
Anmedia.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib ki, 49 yaşlı jurnalist ürəyindən əməliyyat olunub.
“Azər Qismət özünü narahat hiss etdiyindən Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. O, ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq”, - N.Rəfiyeva deyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin