Növbəti köç karvanı Laçın şəhərinə çatıb.
ANmedia.az “Report”a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülür. Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarındakı 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət ediblər.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərində cəmi 493 ailə (1 838 nəfər), Zabux kəndində isə cəmi 217 ailənin (823 nəfər) məskunlaşması təmin ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin