Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib.
ANmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "X" hesabında bildirilib.
"Səfirimiz Cahit Bağçı Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Ramin Məmmədovu ziyarət edib, təbriklərini çatdırıb. Görüş zamanı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub", - məlumatda qeyd edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin