
Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və idarəetmə orqanlarında yeni tədris ilinin başlanması ilə əlaqədar məşqlər keçirilir.
Anmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, 2022-ci tədris ilində döyüş hazırlığında əsas məqsəd qabaqcıl metodlardan və yüksək texnologiyadan geniş istifadə etməklə qoşunların idarəedilməsində operativliyin daha da artırılması, bölmələr arasında uzlaşmanın təşkili, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Müdafiə nazirinin göstərişi ilə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla sərt iqlim və çətin relyef şəraitində müxtəlif döyüş əməliyyatlarının aparılmasında müasir döyüş texnikası, eləcə də silahların düzgün və səmərəli tətbiqinə yönəldiləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








