Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya səfər edib.
ANmedia.az xəbər verir ki, bu barədə nazir “X” sosial hesabında paylaşım edib.
“Slovakiyaya səfərimiz zamanı bu ölkənin Baş naziri Robert Fitsonun qəbulunda olduq. Azərbaycan-Slovakiya iqtisadi münasibətlərinin gücləndirilməsinin, enerji, ticarət, investisiya sahələrində əməkdaşlığın təşviqinin əhəmiyyəti vurğulandı və birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirildi”, - nazir qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin