Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuş Ramin Məmmədov kollektivə təqdim edilib.
ANmedia.az xəbər verir ki, R.Məmmədovu Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.
Fərəh Əliyeva Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, dövlət-din münasibətləri hər zaman prioritet sahə kimi Prezident İlham Əliyevin diqqət mərkəzində olmaqla yanaşı, həm də bu istiqamətə xüsusi qayğı göstərilir. Son illər dini sahədə həyata keçirilən islahatların önəmini vurğulayan F.Əliyeva Dövlət Komitəsinin qarşısında duran vəzifələrlə bağlı müvafiq tövsiyələri diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Prezident İlham Əliyevin dövlət-din münasibətləri sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin