Hava şəraiti haqqında növbəti məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən ANmedia.az-a verilən məlumata görə, aprelin 11-dən 12-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Aprelin 10-dan 11-i günün ikinci yarısınadək Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi 11-də arabir 15-20 m/s-dək güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin