Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə ”yaşıl enerji” gündəliyinin prioritet istiqamətlərini müzakirə edib.
ANmedia.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir Bakıda səfərdə olan ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin baş direktoru Yevgeni Jukov ilə görüşüb. O qeyd edib ki, enerji sahəsində tərəfdaşlıq əlaqələrini genişləndirən potensial əməkdaşlıq perspektivlərini müzakirə edib.
“COP29 çərçivəsində fəaliyyətə, ADB-nin karbon bazarının inkişafına və iqlim dəyişikliyinə uyğunlaşma prosesinə, eləcə də islahatlara və layihələrə dəstək təkliflərini nəzərdən keçirdik”, - P. Şahbazov qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin