Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
ANmedia.az xəbər verir ki, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.
O, həmçinin "Əbədi məşəl" abidəsi önünə əkil qoyub.
Haluk Görgün "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin