Yasamal rayonunda “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
“RR Constructions” MTK və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada ümumilikdə 315 ağac əkilib.
Ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərə dəstək olaraq baş tutan ağacəkmə kampaniyasında “RR Constructions” MTK-nın baş direktoru Rafael Abdullayev, Yasamal RİH başçısı Elşad Həsənov və digər şəxslər iştirak ediblər.
MİDA yaşayış kompleksinin ərazisində, 161 nömrəli məktəbin həyətində Eldar şamı fidanları əkilib. Təşkilatçıların bildirdiyinə görə, ərazinin seçilməsi həm də burada yaşayan əhalinin müraciəti ilə bağlıdır. Gələcəkdə digər ərazilərdə də yaşıllaşdırma prosesi davam etdiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin