Bayram günlərində (20-26 mart) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 19 müraciət daxil olub.
ANmedia.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
R.Məmməd bildirib ki, onlardan 10-u dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 2-si etannoldan zəhərlənmiş şəxs olub, 1 nəfər isə allergik reaksiya səbəbindən zəhərlənib.
Onun sözlərinə görə, müraciət edənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, ölüm faktı qeydə alınmayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin