Fələstinin Baş naziri Məhəmməd Ştaye mətbuat konfransı zamanı hökumətin istefa ərizəsini ölkə prezidenti Mahmud Abbasa təqdim etdiyini bildirib.
ANmedia.az xəbər verir ki, bu barədə "Reuters" xəbər verib.
Ştaye 2019-cu il martın 10-dan Fələstinin baş naziri vəzifəsini icra edirdi. O, Mahmud Abbasla yaxın münasibətdə idi və tez-tez mətbuatda prezidentin varisi kimi təqdim edilirdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin