İRS Mədəni İnkişafa Dəstək İctimai Birliyi və GUYS İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Gənclər İdman İdarəsi sektor müdiri Gündüz Vəliyev və Türkaz platformunun, Azərbaycan Türkiyə Ortak Milli Düşüncə dərnəyinin rəhbəri, “Qızıl Qələm” media mükafatı lauretı Amil İsmayılov iştirak edib. Tədbir zamanı Xocalı dünəni və bu günü müqayisə edilib. Qonaqların faciə ilə bağlı fikirlərinə,müxtəlif yanaşmalarına yer verilib.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin