25.02.2024 tarixində saat 15:00-da "Gənclik Mall"da özünümüdafiə bacarıqlarına dair maarifləndirmə seminar tədbiri keçirildi.
ANmedia.az bildirir ki, tədbir təlimçilər Mübariz İbrahomovun (Beynəlxalq Əlbəyaxa Döyüş federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Azərbaycan Əlbəyəxa Döyüş Liqası Klubunun təsisçisi və direktoru, Beynəlxalq ekstra dərəcəli hakim, prezident mükafatçısı, respublikanının əməkdar məşqçisi, SSRİ-nin idman ustası) və Orxan Şükürovun təqdimatı ilə oldu.(Azərbaycanının idman ustası, Dünya və Avropa mükafatçısı) Elmar Nurəliyev (təhlükəsizlik üzrə ekspert)
Tədbirdə tamaşaçılar arasında da yüksək maraq olduğundan onlarda könüllü qoşuldular. Nümunəvi çıxış edənlərə sonda sertifikatlar təqdim olundu.
Qeyd edək ki, özünümüdafiə bacarıqlarına dair parklarda, tədris müəssələrində, iş yerlərində, ictimai yerlərdə təşkil etdiyimiz sosial layihələrimiz çərçivəsində növbəti maarifləndirici seminarı "Gənclik Mall" da keçirildi.İnsan həyatına və sağlamlığına qarşı real təhlükə yaradan, qarət, soyğunçuluq, təcavüz və s. bu kimi hallar baş verdikdə hər bir kəsin "ÖZÜNÜMÜDAFİƏ" bacarıqlarının olması vacibdir.İstənilən şəraitdə üzləşə biləcəyimiz təhlükələrə qarşı "ÖZÜNÜMÜDAFİƏ" bacarıqlarımızdan istifadə etməklə, təhlükədən minimum zərərlə qurtulmaq mümkündür. Yaşından, peşəsindən asılı olmayaraq hər kəs özünümüdafiə bacarıqlarını öyrənə bilər. Xüsusən riskli sahələrdə çalışanlar üçün çox vacibdir. (Mühafizəçi, reseption, satıcı, sürücü və s.)
Bütün bunları nəzərə alaraq, Beynalxalq Əlbəyaxa Döyüş Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi olan Azərbaycan Əlbəyəxa Döyüş Liqası Klubu tədbirlər planı hazırlanmışdır və seminarlar, Kurslar, təlimlər təşkil etməklə insanlarda "ÖZÜNÜMÜDAFİƏ" bacarıqlarının artırılmasında yardımçı olacaq. İstənilən peşədə çalışan, yaşından asılı olmayaraq xanımlar və bəylər tədbirlərimizdə təmənnasız olaraq iştirak edə bilərlər.
Tədbirdə media və ictimaiyyət nümayəndəri, idmançılar və digər tanınmış şəxslər iştirak edib. Tədbirin fəxri qonağı İlk Zəfər Maarşını, Vətən Maarşını müəllifi, Azərbaycan jurnalistlər birliyinin üzvü, Azərbaycan yazıçılar birliyinin üzvü, yazıçı publisist Aydın Tağiyev oldu.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin