
Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüb.
Bu barədə ANmedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Fevralın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd qumbara, 16 alışdırıcı, 10 ədəd müxtəlif markalı tüfəng, 4 patron darağı və 90 ədəd patron təhvil götürüblər.
Həmçinin ötən gün qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 4 patron darağı və 116 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin