Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubunun təsisçisi və direktoru, əməkdar məşqçi, beynəlxalq ekstra dərəcəli hakim, Prezident mükafatçısı, SSRİ-idman ustası Mübariz İbrahimovun təşəbbüsü ilə təhlükəsizlik eksperti Elmar Nurəliyev Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubunun Təbliğat və Təşviqat komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.
Sağlam və fiziki hazırlıqlı gənclərimizin yetişdirilməsi, özünümüdafiə bacarıqlarının inkişafı, gənclərin pis vərdişlərdən uzaq olması və cəmiyyət içində idmanın təbliği yönündə pay sahibi olacağına inanırıq.
Elmar Nurəliyevə yeni vəzifəsində uğurlar arzulayırıq!
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin