Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Bakı Gəmiqayırma Zavodu” MMC neftdaşıyan tankerin tikintisinə və alqı-satqısına dair müqavilə imzalayıb.
ANmedia.az xəbər verir ki, bu barədə SOCAR-a maliyyə hesabatında məlumat yayılıb.
Məlumata görə, gəmiqayırma müqaviləsinin ümumi dəyəri 28,8 milyon ABŞ dollarıdır.
Xatırladaq ki, SOCAR ölkə prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100% dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.
“Bakı Gəmiqayırma Zavodu”nun təməli 2010-cu ildə qoyulub. 2011-ci il mayın 10-da “Bakı Gəmiqayırma Zavodu” MMC birgə müəssisəsi təsis edilib. 2013-cü ildə Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı baş tutan zavoda 2015-ci ildə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin