Noyabrın 27-si saat 15:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Şahdağda qar yağıb.
ANmedia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Neftçala, Yardımlı, Tovuz, Ağstafa, Kəlvəz, Daşkəsəndə 20 m/s, Cocuqmərcanlıda 18 m/s, Sabirabadda 17 m/s, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 30 m/s-dək güclənib.
Neft Daşlarının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Bakıda və Abşeron yarımadasında 15-18 dərəcə, Naxçıvan MR-da 16-19 dərəcə, dağlıq rayonlarda 9-14 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin