İki gün davam edən “Ankarada Şuşa mədəniyyət günləri” layihəsi konsert proqramı ilə başa çatıb.
Ankaranın CSO “Tarih salonu”nda baş tutan tədbirdə Azərbaycan və Türkiyə tərəfindən rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 800-ə yaxın qonaq iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov salamlama nitqində bu gecənin çox böyük əhəmiyyət daşıdığını, 13-14 noyabr tarixində Ankarada gerçəkləşdirilən Şuşa mədəniyyəti günlərində Şuşanın ruhunun bu şəhərdə dolaşdığını söyləyib.
Daha sonra Şuşada görülməkdə olan işlərlə bağlı video çarx nümayiş olunub.
Azərbaycanın yaradıcı heyətinin ifasında Qarabağ ab-havasını özündə yaşadan geniş musiqi proqramı təqdim edilib, Qarabağ milli geyimlərindən ibarət kolleksiya və şuşalı rəssamların rəsmləri sərgilənib.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin