
Sabah dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.
ANmedia.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MilliHidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, noyabrın 13-də dağlıq və dağətəyi rayonlarda əsasən gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin