“Azərbaycan Respublikasının suverenliyinin 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirlərindən sonra tamamilə bərpa edilməsini alqışlayırıq”.
ANmedia.az bildirir ki, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” şüarı ilə keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə bildirilib.
Bəyannamədə, həmçinin Azərbaycan hökumətinin reinteqrasiya səyləri, Azərbaycanda münaqişədən sonrakı bərpa və yenidənqurma işləri dəstəklənib.
Bundan başqa, türk dövlətləri bəyan edib ki, bu işdə onlar Azərbaycana öz töhfələrini davam etdirməyə hazırdırlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin