31 oktyabr 2023-cü il tarixindən etibarən Azərbaycan Respublikası ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
ANmedia.az bildir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.
Bildirilib ki, Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, eləcə də sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə əməl etməyə çağırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin