
Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 12-si gündüzədək davam edəcək.
ANmedia.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 13-14-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin