AZAL dekabr ayının 19-dan Bakıdan Pekinə uçuşlara başlayır.
ANmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Qeyd edək ki, Çinə hava yolu ilə səyahət etməzdən əvvəl sağlamlıq anketini doldurmaq və əldə olunan QR-kodu mobil cihazda saxlamaq zəruridir. Bu QR-kodun olması həm Bakıda, həm də Pekində təyyarəyə minmək üçün mütləq şərtdir.
Aviabiletləri rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin