“Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gələn “Ölümə qənşər-2” bədii-sənədli filminin təqdimatı olub.ANmedia.az xəbər verir ki, filmin təqdimatı Füzuli Dövlət Dram Teatrında nümayiş olunub.
Bildirilib ki, film 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi zamanı əzəli Azərbaycan torpaqlarının azadlığı uğrunda vuruşan qəhrəmanlarımızdan, igid əsgər Qamət İnşallahlı Mehrac oğlu və onun arxa cəbhədə öz maddi-mənəvi köməkliyini ordumuza əsirgəməyən ailəsindən bəhs edir. Filmdə obrazları canlandıranlar isə N saylı komando birliyinin mənsubları olub.
Film Hadrut və Tuğ kəndləri ərazisində lentə alınıb, Qamət İnşallahlı və silahdaşlarının döyüş yolu filmdə öz əksini tapıb.
Film izləyicilər tərəfindən maraq və alqışlarla qarşılanıb.
ANmedia.az











Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








