Heydər Əliyev adına Hərbi İnstitutun nəzdində orta ixtisas təhsili pilləsi (subbakalavr) üzrə təşkil olunan gizir hazırlığı kursuna plan yerlərinin tam komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilib.
ANmedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd olunub ki, sənəd qəbulunda cari ildə keçirilən buraxılış imtahanında (qəbul imtahanın birinci mərhələsində) 50 və daha çox bal toplayan, 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Abituriyentlər 29 avqust - 5 sentyabr tarixlərində Heydər Əliyev adına Hərbi İnstituta (Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi) müraciət edə bilərlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin