Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-nə olan məlumatına əsasən, ölkə ərazisində yağmursuz hava şərati hökm sürür.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Qeyd edilib ki, Qəbələ, Qax , Şəki, Tərtər, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı və İsmayıllı rayonlarında yağan leysan xarakterli yağış səhər saatlarından kəsilib.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gulşad Məmmədova isə saat 16:00-a olan məlumat əsasında bildirib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur:
“Hazırda İsmayıllı rayonunda 25, Göyçayda 30, Qəbələdə 25, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 29 dərəcəyədək, Aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunur.
Bu gün və sabah əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək”.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin