
Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin özünüməşğulluğuna dəstək işləri aparılır.
ANmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin Laçına köçürülən ailələrlə görüşləri zamanı onların özünüməşğulluq proqramında iştirak imkanları da qiymətləndirilir.
Sakinlərdən ilkin mərhələdə artıq 35 nəfər özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıb. Həmin şəxslər üçün əvvəlcə biznes təlimləri təşkil ediləcək, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə məlumatlar veriləcək.
Təlimlərdən sonra proqram iştirakçıları proqram çərçivəsində kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin olunacaqlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








