
Məktəbli formaları ilə bağlı qərar yalnız dövlət ümumi təhsil müəssisələrinə şamil edilir.
ANmedia.az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
“Özəl ümumi təhsil müəssisələri bu məsələni öz nizamnamələrinə uyğun şəkildə tənzimləyirlər”, - deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.
Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








