Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri Rasim Bağırov vəzifəsindən azad edilib.
ANmedia.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, Rasim Bağırov bu vəzifəyə 2021-ci ilin avqust ayında təyin olunmuşdu.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin