
Füzuli rayonunda silah-sursat aşkar edilib.
ANmedia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata istinadən bildirir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, dörd qumbaraatan, iki pulemyot və 1 510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin