Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib.
ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan xarici siyasət qurumu xəbər yayıb.
Bildirilir ki, görüş XİN rəhbərinin Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutub.
“Tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən Azərbaycan və Rusiya arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər”, - deyə məlumatda bildirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin