Türkiyə Avropa İttifaqına (Aİ) daxil olmaq üçün immiqrasiya siyasətini dəyişəcək.
ANmedia.az yerli mətbuatın məlumatına istinadən xəbər verir ki, bundan sonra Türkiyə sığınacaq axtaranların vətəndaşlıq alması məsələsində daha diqqətli olacaq. Çünki bəziləri Türkiyə vətəndaşlığını alıb Avropaya gedirlər.
Bu səbəbdən sığınacaq axtaran şəxslərə, xüsusilə də, suriyalılara Türkiyə vətəndaşlığının verilməsinin çətinləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Mənbə: Hürriyet
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin