“Uzunmüddətli meteoroloji müşahidələrin təhlilinə əsasən, əvvəlki illərdə də iyul ayında Bakıda yağıntılı hava müşahidə olunub".
ANmedia.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, 2012-ci ilin iyul ayının 16-da Bakıya güclü leysan yağıb:
“Sutka ərzində aylıq normadan 10 dəfə çox yağıntı qeydə alınıb. Hazırda ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti isə iyulun 18-də gündüz saatlara qədər davam edəcək. İyulun 19-da və 20-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin