Hazırda Şəkiyə dolu yağır.
ANmedia.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Qeyd edək ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra iyulun 16-da qərb rayonlarından başlayaraq, 18-də səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.
Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin