Azərbaycanın iki MMA döyüşçüsü Rusiyanın paytaxtı Moskvada keçirilən “AMC Fight Nights 121” turnirində qələbə qazanıb.
ANmedia.az xəbər verir ki, yüngül çəkidə (70 kq-a qədər) Nurlan Həsənov rusiyalı Vladislav Palçikovla qarşılaşıb. O, hakimlərin yekdil qərarı ilə qalib elan edilib.
Orta çəkidə (77 kq-a qədər) döyüşən Tahir Abdullayev isə digər rusiyalı idmançı Yuri Yermolenkodan güclü olub. O, hakimlərin səs çoxluğu ilə qələbə qazanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin