Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.
ANmedia.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.
Əvvəlcə Məhkəmə-Hüquq Şurasının iyulun 14-də Komitəyə yeni seçilmiş üzvlər təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzu edilib.
Sonra Komitə üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Hakimlərin Seçki Komitəsinin sədri seçilib.
İclasda həmçinin, hakimliyə namizədlərin imtahan prosesi ilə bağlı cari tədbirlər müzakirə edilib, bəzi təşkilati məsələlərə baxılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin