Azərbaycan Minifutbol Federasiyasının növbəti ümumi yığıncağı keçirilib. Orxan Məmmədov növbəti dörd il üçün federasiya prezidenti seçilib.
ANmedia.az xəbər verir ki, O, bu barədə rəsmi “Twitter” hesabında paylaşım edib.
Toplantıya gənclər və idman naziri Fərid Qayıbov da qatılıb.
Orxan Məmmədov etimad göstərən hər kəsə təşəkkür etdiyini bildirib: “İnanıram ki, federasiya olaraq bundan sonra da ölkəmizi dünyada layiqli təmsil edəcəyik”.
Xatırladaq ki, Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti idi.
Qeyd edək ki, Azərbaycan Minifutbol Federasiyasının keçmiş prezidenti Taleh Nəsibov vitse-prezident təyin olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin