Azərbaycan və Tacikistan arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə edilib.
ANmedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
“Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikirlərimizi bölüşdük”, - deyə o qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin