Bu günlərdə Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü jurnalist, fəal ictimaiyyətçi İradə Əlili Ali Attestasiya Komissiyasının qərarı ilə Tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
ANmedia.az xəbər verir ki, İradə Əlili 20-dən çox kitabın, 40-dan çox tezis və məqalənin müəllifidir.
Onun müəllifi olduğu "Xocalı şahidlər danışır" kitabı artıq 11 dilə tərcümə edilib, bir sıra digər dillərə də tərcümə olunması nəzərdə tutulub. "Laçın həsrətim" adlı kitabı 4 dildə, Zəngilan rayonundan bəhs edən "Bir damla göz yaşında torpaq həsrəti" 3 dildə, " "Zəfər yolu" 3 dildə işıq üzü görüb.
İ.Əlili, həmçinin qardaş Türkiyənin şəhidlərinə də kitab həsr edib. İzmirin Aliağa ilçesinin qəhrəmanı, şəhid Oğuz Özgür Çevikə həsr edilmiş kitabın keçən il Aliağada təqdimatı olub.
Xanım yazar hər zaman şəhid ailələrinin və qazilərin yanında olur, onlara öz dəstəyini göstərir.
İ.Əlili eyni zamanda Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
Biz də İ.Əlilini elmi dərəcə alması münasibətilə təbrik edirik.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin