Ölkə ərazisində iyunun 29-da gözlənilən hava şəraiti açıqlanıb.
ANmedia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin