“Azərbaycan daha böyük idman tədbirlərinin keçirildiyi çevrilə bilər”.
ANmedia.az xəbər verir ki, bunu UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos MINEPS VII konfransının açılışından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, konfransın keçirilməsi üçün Bakının seçilməsinə nazir Fərid Qayıbovun liderliyi təsir göstərib: "Bundan əlavə, Azərbaycanda tədbirin keçirilməsi üçün bütün lazımi şərait var”.
O bildirib ki, Bakıda mədəniyyətlərarası dialoq üzrə konfransın da keçirilməsi gözlənilir: “Azərbaycan getdikcə daha çox irimiqyaslı tədbirlərin keçirildiyi platformaya çevrilir”.
UNESCO-nun Baş direktorunun müavini qeyd edib ki, bu gün Bakıda keçiriləcək konfrans çərçivəsində əhalinin idmana bərabər çıxışının təmin edilməsinə yönəlmiş “Fit for life” proqramı çərçivəsində xüsusi sənədin qəbulu planlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin